Əsədin lüks avtomobilləri satışa çıxarıldı

Əsədin lüks avtomobilləri satışa çıxarıldı
16:32

Suriya yeni rəhbərliyi ölkənin bərpası üçün böyük addım atıb.

News365.az xəbər verir ki, Dəməşq Sitadelində keçirilən tədbirdə Prezident Əhməd əl-Şaraa Suriya İnkişaf Fondunu təqdim edib. Tədbirdə 61 milyon dollar həcmində vəsait vəd olunub.

Yığım kampaniyasının diqqət mərkəzində isə devrilmiş lider Bəşər Əsədə məxsus dəbdəbəli avtomobillər olub. Onun kolleksiyasından dörd maşın, o cümlədən nadir Ferrari F50, simvolik olaraq hərraca çıxarılıb. Avtomobillərin satışından əldə edilən gəlirin müharibədən dağılan ölkənin yenidən qurulmasına sərf ediləcəyi bildirilib.

Tədbir ölkə daxilində canlı yayımlanıb və əyalət mərkəzlərində böyük ekranlarda nümayiş etdirilib. Yeni rəhbərlik bildirib ki, bu fond həm ölkə daxilindən, həm də beynəlxalq tərəfdaşlardan dəstək toplamağı hədəfləyir.


Sizin reklam burada
Sizin reklam burada