CityNet istifadəçisinin iddiası: aylıq ödəniş xəbərdarlıq edilmədən artırılıb

CityNet istifadəçisinin iddiası: aylıq ödəniş xəbərdarlıq edilmədən artırılıb
18:25

CityNet xəbərdarlıqsız aylıq ödənişi artırıb. 

Vətəndaş News365.az-a internet provayderi CitiNet ilə bağlı narazılığını bildirib. 

Onun sözlərinə görə, şirkətlə 1 illik müqavilə bağlanmasına baxmayaraq, aylıq internet haqqı xəbərdarlıq edilmədən dəyişdirilib.

İddia olunur ki, istifadəçi əvvəllər aylıq 15 manat ödəniş etməklə 100 Mbit/s sürətli internet paketindən istifadə edib. Lakin təxminən bir ay əvvəl xidmət haqqı istifadəçinin razılığı olmadan 25 manata qaldırılıb.

Məsələ ilə bağlı istifadəçi şirkətin texniki şöbəsi ilə əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, müraciətdən sonra aylıq ödəniş yenidən 15 manata endirilsə də, bu dəfə internet sürəti 40 Mbit/s olaraq dəyişdirilib.

İstifadəçi qeyd edir ki, onların 1 illik müqaviləsi olduğu halda paket şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi narazılıq yaradıb.

Məsələ ilə bağlı şirkətin rəsmi mövqeyi hələlik açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada