Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
16:17

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

News365.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A.Koştaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Sizin reklam burada
Sizin reklam burada