AFFA “Neftçi”ni 23 min manat cərimələdi

AFFA “Neftçi”ni 23 min manat cərimələdi
15:16

AFFA İntizam Komitəsi “Neftçi”ni 23 000 manat cərimələyib.

News365.az xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.

Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda azarkeşlərinin təhqiredici pankart açmasına görə Bakı klub 15 000 manat cərimələnib.

Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.


Sizin reklam burada
Sizin reklam burada