Paytaxtın Xətai rayonu 8 Noyabr prospektinin kənarı ilə uzanan dəmiryolu xətti sökülür.
News365.az Xəzər TV-yə istinadən xəbər verir ki, sənaye təyinatlı xəttin ətrafı hasarlanıb və söküntü işlərinə başlanılıb.
Bildirilib ki, bir zamanlar Bakıdakı neft sənayesinə xidmət göstərən bu xətlər son illərdə istifadəsiz qalıb.
Ərazidəki tikinti işləri ilə əlaqədar dəmiryolu xəttinin sökülməsinə zərurət yaranıb.
ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, ərazidəki söküntü işləri sahil kollektorunun tikintisi ilə əlaqədardır:
“Layihə “Dəniz Mall”un yaxınlığından başlayaraq Nargilə adlanan ərazidəki mövcud nasosxanaya qədər uzanır və və mikrotunel üsulu ilə inşa edilir. Uzunluğu 9.8 kilometr, diametri 2 metr olan dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. Layihənin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır”.