Son günlər
“Ваku ЕІесtrоnісs” şirkətinin adından müxtəlif platformalarda, o cümlədən
Facebook səhifəsində müxtəlif şirnikləndirici reklamları paylaşılır. Məsələn, Facebook-da
ayrı-ayrı şəxslərin adından həyat hekayələri verilir. Guya ki, onlar uzun müddət
“Ваku ЕІесtrоnісs” də çalışıblar və sonda haqsız yerə işdən atılıblar. Hekayə
danışanlar sonda іPhоnе 16 Prо telefonun
reklamını aparırlar. Və bildirirlər ki, ayda 18-20 manat ödəməklə bu telefonu əldə
etmək olar.
Əgər bu gün
іPhоnе 16 Prо-nun bazar qiyməti 3-4 min manat üzərindədirsə, necə olur ki, ayda
18-20 manat ödəməklə bu telefonu əldə etmək olur?
Görünfüyü
kimi bu bir dələduzluq alətidir.
“Ваku
ЕІесtrоnісs” şirkəti adından edilən daha bir dələduzluq faktını isə News365.az-a
Azad İstehlakçılar İctimai Birliyinin Sumqayıt üzrə nümayəndəsi İbrahim
İbrahimov danışdı:
“10-15 gün əvvəl
Facebook platformasında “Ваku
ЕІесtrоnісs”in bir səhifəsi çıxdı. Səhifədə qeyd edilir ki, 18-20 manat ödəməklə
іPhоnе 15, 16 və hətta 17 əldə edə bilərsiniz. Səhifədəki şərhlərə baxanda
aydın oldu xeyli insan bu reklama inanıb və kampaniyaya qoşulub. Ən pisi də odur ki, səhifəni idarə
edənlər çox asanlıqla telefon əldə etmək istəyənlərin bütün şəxsi məlumatlarını
və hətta bank kartlarının rekvizitlərini əldə edə bilirlər. Təbii ki, bu bir
fırıldaqçılıq alətidir. Ona görə də “Ваku ЕІесtrоnісs” şirkətinin 143 qaynar xəttinə
zəng elədim. Mənimlə danışan xanıma məsələni izah etdim. O bildirdi ki, məsələdən
xəbərdardırlar. Və bu cür səhifələrin “Ваku ЕІесtrоnісs”lə heç bir əlaqəsi
yoxdur. O zaman sual elədim ki, bəs rəhbərlik bu fırıldaqçılığın qarşısını niyə
almır? Əməkdaş cavab verməkdə çətinlik çəkdi. Sonrakı günlərdə də şirkətə dəfələrlə
zəng etsəm də məqbul cavab ala bilmədim”.
Məsələ ilə
bağlı biz də “Ваku ЕІесtrоnісs” şirkəti əlaqə saxladıq. Şirkətdən News365.az-a-a
bildirildi ki, bu barədə ətraflı danışmaq istəmirlər:
“Bu səhifələrin
“Ваku ЕІесtrоnісs” heç bir əlaqəsi yoxdur”.
Bu cür səhifələr
təkcə fırıldaqçılıq etmir, həm də “Ваku ЕІесtrоnісs” şirkətinin imicinə xələl gətirir.
Elə isə şirkət niyə məsələyə biganə yanaşır?
Mövzunu diqqətdə
saxlayacağıq.
News365.az-a