"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları" və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası" təsdiq edilib.
News365.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.