İspaniya İsraildəki səfirini geri şağırıb

İspaniya İsraildəki səfirini geri şağırıb
16:54

İspaniya Nazirlər Kabineti İsraildəki diplomatik nümayəndəsini geri çağırıb.

New365.az xəbər verir ki, bu qərar barədə İspaniya krallığının rəsmi dövlət qəzetində dərc edilən müvafiq fərmanda qeyd olunub.

Sənədə uyğun olaraq, xarici işlər naziri Xose Manuel Alvaresin təşəbbüsü ilə Ana Mariya Salomon Peres İsraildəki İspaniya səfiri vəzifəsindən kənarlaşdırılıb. Hazırda diplomatik missiyaya kimin rəhbər təyin ediləcəyi barədə əlavə informasiya verilməyib.

Xatırladaq ki, 2025-ci ilin sentyabrında İsrailin rəsmi Madridə yönəlik mənfi bəyanatları fonunda İspaniyanın Xarici İşlər Nazirliyi öz səfirini məsləhətləşmələr aparmaq məqsədilə ölkəyə çağırmışdı.


Sizin reklam burada
Sizin reklam burada