Son dövrlər argetinalı futbolçu JulianALvarezin adı Barselona kulubu ilə tez-tez hallanır. İdalara görə futbolçu Barselonanın yay transfer pəncərəsində əsas hədəfi olacaq.
News365.az xəbər verir ki, Barselona kulubunun prezidenti Xuan Laporta gəzən
söz-söhbətlərə aydınlıq gətirib. O, bildirib ki, Alvarez yaxşı oyunçudur və
Barselona sisteminə uyğundur:
“Bir çoxu dediyi kimi Alvarez bizim sistemə uyğun gəlir, lakin biz ona görə pul kisəmizin ağzını axıra qədər açmağa hazır deyilik. İlk olaraq o bizə komandaya gəlmək arzusunda olduğunu bildirməlidir. Bizim üçün əsas odur ki, futbolçu komandamızda oynamağa istəkli olsun. Bütün bunlardan sonra biz digər şərtlər və uyğun qiymət barədə fikirləşə bilər. İndki qiymət və şərtlərlə bu transfer mümkün deyil”.