İran özünə məxsus raket buraxılış sistemlərinin 90 faizindən çoxundan məhrum olub.
News365.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, Vaşinqton və Təl-Əviv 2025-ci ilin yayında baş verən eskalasiyadan dərs çıxararaq, hazırda birbaşa idarəetmə mərkəzləri və raket buraxıcılarını zərərsizləşdirmə strategiyasını tətbiq edirlər. Buraxıcı sistemləri raket sursatları ilə müqayisədə yeraltı sığınacaqlarda gizlətmək və ya qısa müddətdə yeniləmək mümkün deyil, bu isə onları zərbələr qarşısında daha müdafiəsiz edir.