Dünya şöhrətli rejissor Kventin Tarantino “Kirminal Qiraət” filmindəki rasist ifadələrin sənət yox irqçilik olduğunu deyən aktirasa Rozanna Arketi şərəfsiz adlandırıb.
News365.az xatırladır ki, Rozanna Arket Tarantinonun yuxarıda adı çəkilən filmində
rol alıb. Aktrisa verdiyi müsahibədə 1994-cu ildə çəkildiyi “Kriminal Qiraət”
filmi haqqında danışarkən filmin möhtəşəm bir sənət əsəri olduğunu və bu işdə yer
aldığı üçün fəxr etdiyini bildirib. Daha sonra o filmdə qara dərli şəxslərlə
bağlı işlənən ifadələrin sənətlə əlaqəsi olmadığını vurğulayıb.
“O ifadələr sənət deyil. İrqçilikdir və bu çox dözülməz haldır”.
Məhz bu ifadələr Tarantinonu özündən çıxarıb. Aktirisaya cavab olaraq açıqlama
verən rejissor bildirib:
“Mənə hörmətsizlik etdin. Ümid edirəm ki, verdiyin açıqlama ilə diqqət mərkəzinə
düşməyin hamının səndən danışması sənin üçün buna dəydi. Yaxşı yadımdadır sən
bu filmdə rol aldığın üçün çox sevinirdin, amma indi nankorluq edirsən. Etdiyin
hərəkətin bir adı yoxdur. Sən şərəf çatışmazlığından əziyyət çəkirsən.”