“Ermənistanın Sülh Ritorikası: Reallıq, yoxsa Strateji Manipulyasiya?”

“Ermənistanın Sülh Ritorikası: Reallıq, yoxsa Strateji Manipulyasiya?”
27 Yan 2025 14:50

"Ermənistanın sülh ritorikası ciddi əsaslara söykənmir. Belə ki, son illər ərzində biz Ermənistanın intensiv silahlanmasının şahidi oluruq. Fransa və Hindistanla hərbi əməkdaşlıq haqqında müqavilələr imzalanmış və hər iki ölkədən hücum xarakterli silahlar alınmışdır."

Siyasi Ekspert Sultan Zahidov  bunu News365.az-a açıqlamasında deyib. 

Digər tərəfdən, 2025-ci ilin Ermənistanın hərbi büdcəsinə nəzər yetirsək, burada 1,7 milyard dollardan söhbət gedir. 2021-ci illə müqayisədə bu məbləğ 20% artmışdır və ümumilikdə 600 milyon dollar təşkil edir ki, bu da 3 dəfə artım deməkdir. Bütün bu proseslər göstərir ki, Ermənistan əslində bəyan etdiyi kimi sülhə maraqlı deyil, əksinə, militarizasiya yolunu tutur. Əgər bu silahlar alınırsa, deməli, onlar istifadə olunacaq. Sual yaranır: bu silahlar kime qarşı istifadə ediləcək?

Baş nazir Nikol Paşinyanın son müsahibəsi də göstərir ki, Ermənistanda sülh ritorikası daha çox bəyanat xarakteri daşıyır və reallığı əks etdirmir. Müsahibədə ona belə bir sual verilir: Ararat və Alagöz dağları məsələsi ilə bağlı müzakirələr niyə genişləndirilmir? Paşinyan bu suala cavab olaraq bildirir ki, bu məsələ Ermənistanın sadəcə öz ərazi bütövlüyünü təmin etmək üçün silah istədiyini göstərir. Əgər Ermənistan “Ararat diskursu”na qayıtsa, Qərblə hərbi əməkdaşlıq zəifləyə və bu istiqamətdə bağlanmış razılaşmalar ləğv edilə bilər.

Paşinyanın bu açıqlaması bir daha sübut edir ki, Ermənistanın sülhə dair bəyanatları əslində real pasifist yanaşma deyil, sadəcə öz maraqlarını qorumağa yönəlmiş bir strategiyadır."

News365.az