Tavuş vilayətində aprelin 8-10-da sərhədin demarkasiyası və delimitasiyası prosesi başlamazdan əvvəl zərərsizləşdirilmiş minaların partladılması üzrə işlər aparılacaq. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Biz əhalidən bunu nəzərə almağı xahiş edirik”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən il tərəflər Tavuşda sərhədin 12 kilometrlik hissəsini delimitasiya etmişdilər.
Tural