"Ermənistan insident vasitəsilə xaos yaratmağa və Azərbaycanı hücum edən tərəf kimi göstərilməyə çalışır."
Hərbi ekspert Azər Bayramov bunu News365.az-a deyib.
"Ermənistanın sabiq prezidentləri, yəni o dövrün silahlı caniləri – Koçaryan, Ohanyan, Serj Sarkisyan kimi separatizmlə məşğul olmuş şəxslər – onlara bağlı olan hərbi komandirlər hazırda yüksək rütbələrdə və strukturlarda təmsil olunurlar. Çünki uzun müddət ərzində bu şəxslərin formalaşdırdığı rütbəli heyət var və bu heyət Ermənistanda Paşinyana qarşı hər hansı çevriliş olacağı təqdirdə istiqamətini artıq sizin efirdən də aydın şəkildə gördük – ümidlər isə odur ki, Avrasiya regionunun Rusiya ilə birləşmək istəyi, gömrük ittifaqı ideyası ilə çıxış edən müxalifət liderlərinin dəstəklənməsi və yeni simaların müharibə fonunda irəli çıxması narahatlıq doğurmalıdır. Bu, köhnə bir ssenaridir.
2008-ci ilin mart hadisələrində də bu cür olmuşdu: indiki baş nazirə qarşı keçirilən aksiyalar zamanı küçə mübarizəsi adı altında mitinqlər təşkil olundu və eyni vaxtda Ermənistan-Azərbaycan sərhədində insident yaradıldı. Məqsəd isə o idi ki, sərhəddə baş verən hadisəni Ermənistanın daxilinə daşımaqla insanları qorxu və vahimə içində saxlamaq mümkün olsun. Yəni bir tərəfdən kilsə insanları birlik və bərabərliyə çağıracaq, digər tərəfdən isə müxalifəti birləşdirəcək bir lider meydana çıxmalıdır və bu lider də barut və pambığı alışdıracaq, cəbhə xəttində insident yaradacaq şəxs olacaq. Bu insident vasitəsilə xaos yaradılmalı, Azərbaycan hücum edən tərəf kimi göstərilməli və “biz bir olaq”, “Azərbaycan türklərə satılıb”, “başlayan biz deyilik” və s. kimi şüarlarla xalqı manipulyasiya edən bir ssenari hazırlanmalı və bu ssenari üzərində möhkəm işlənilməlidir.