“Erməni kilsəsi təkcə dini qurum deyil, siyasi gücdür”- Politoloq

“Erməni kilsəsi təkcə dini qurum deyil, siyasi gücdür”- Politoloq
03 İyn 2025 10:40

“Erməni kilsəsi təkcə dini qurum deyil, siyasi gücdür”

Politoloq Mehman İsmayılovbu sözləri News365.az-a açıqlamasında deyib.

"Ermənistanın daxili siyasi balansında mühüm rol oynayan əsas güc mərkəzlərindən biri də Erməni Apostol Kilsəsidir.

O, bildirib ki, bu kilsə təkcə dini deyil, həm də siyasi strukturların koordinasiyasında aktiv rol oynayan bir mərkəz kimi çıxış edir.

“Paşinyan yaxşı bilir ki, onun iki əsas rəqibi var: biri Kremlin təsir dairəsi, digəri isə Erməni kilsəsi və onun rəhbərliyidir. Daşnaksutyun, Hinçak və ASALA kimi təşkilatlar, eləcə də ‘Yerkrapah’ kimi silahlı qruplar birbaşa şəkildə kilsənin nəzarətindədir,” – deyə M.İsmayılov qeyd edib.

Politoloq iddia edir ki, Erməni Apostol Kilsəsinin hazırkı rəhbəri II Qaregin (Kıtriş) yalnız dini lider deyil, həm də siyasi ideologiya daşıyıcısıdır: “O, Hz. İsa'nın xidmətçisi adı ilə çıxış etsə də, fəaliyyəti əsasən ideoloji və geosiyasi məqsədlərə xidmət edir.”

Mehman İsmayılov, həmçinin tarixi faktlara istinad edərək bildirib ki, 20-ci əsrin əvvəllərində Çar Rusiyası belə Erməni kilsəsinin terror fəaliyyətlərinə dəstək verdiyini aşkar etmiş və bir sıra kilsə mülklərinə nəzarəti gücləndirmişdi:

“1904-cü ildə Çar Rusiyası bu kilsənin terrorçu dəstələrə himayədarlıq etdiyini, ideoloji materiallar hazırladığını müəyyənləşdirərək bəzi tədbirlər görmüşdü.”

Politoloqun fikrincə, bu qurum təkcə Ermənistan daxilində deyil, regionda da müsəlman dünyasına və xüsusilə türk dövlətlərinə qarşı siyasi və ideoloji mübarizənin mərkəzində dayanır.

“Bu gün Erməni kilsəsi dini mənsubiyyət və inancdan çox, siyasi və ideoloji mövqe ilə yadda qalır,” – deyə politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada