Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün İtaliyaya bir günlük səfəri gözlənilir.
News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Ərdoğan ilə İtaliyanın baş naziri Giorgia Meloni arasında əvvəllər təxirə salınan görüş bu gün Romada baş tutacaq.
Ərdoğanın İtaliyaya səfəri zamanı hökumətlərarası sammitlə eyni vaxtda keçirilməsi planlaşdırılan İtaliya-Türkiyə Biznes Forumu görüşləri keçiriləcək.
Prezident Ərdoğan və İtaliyanın baş naziri Meloni danışıqlar zamanı iki ölkə arasındakı əlaqələri müzakirə edəcək.