Əraqçidən İranın qonşu ölkələri ilə bağlı mühüm açıqlama

Əraqçidən İranın qonşu ölkələri ilə bağlı mühüm açıqlama
19:43

İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında etdiyi paylaşımda bu gün başlayacağı Pakistan, Oman və Rusiya səfərləri barədə məlumat verib.

News365.az-ın xarici mediaya istinadən məlumatına görə, Əraqçi bildirib ki, səfərlərin əsas məqsədi tərəfdaş ölkələrlə ikitərəfli məsələlər üzrə sıx koordinasiyanın təmin olunması və regional proseslərlə bağlı məsləhətləşmələrin aparılmasıdır.

“Ziyarətlərimin məqsədi tərəfdaşlarımızla ikitərəfli məsələlər üzrə yaxın koordinasiya qurmaq və regional inkişaflar barədə fikir mübadiləsi aparmaqdır. Qonşularımız bizim üçün prioritetdir”, – deyə İran XİN rəhbəri qeyd edib.

Nazir X sosial şəbəkəsindəki paylaşımında İslamabad, Maskat və Moskvaya səfər edəcəyini açıqlayıb.

İranın rəsmi xəbər agentliyi IRNA isə daha əvvəl xəbər vermişdi ki, Abbas Əraqçi bu axşam Pakistan, Oman və Rusiyanı əhatə edən səfərə çıxacaq.


Sizin reklam burada
Sizin reklam burada