Əmrahın eks həyat yoldaşı boşanma səbəblərindən danışdı

Əmrahın eks həyat yoldaşı boşanma səbəblərindən danışdı
00:25

Əmrahın eks həyat yoldaşı Sibel Erdoğan boşanma səbəblərindən danışdı.

News365.az xəbər verir ki, Türkiyəli məşhur müğənni Əmrahın eks həyat yoldaşı Sibel Erdoğan Elgiz Əkbərin verlişində qonaq olub. Veriliş zamanı Elgiz Əkbər ona boşanma səbəbləri ilə bağlı sual ünvanlayıb.


Sibel Erdoğan mövzu ilə bağlı bunları deyib: "İki övladımız var. Çox yaxşı ata və anayıq. Hər şey yolundadır."


Aparıcının boşandıqdan sonra mal-mülk üstündə mübahisə olub-olmadığını soruşmasına cavab olaraq isə "Heç bir mübahisəmiz olmayıb. O, bizə çox yaxşı baxır, heç nəyi əskik etmir" – deyə bildirib.


Qeyd edək ki, Əmrah və Sibel Erdoğan 2011-ci ildən bəri evli olublar. Sibel Erdoğan keçmiş həyat yoldaşını "Tutumlu insandır" sözləri ilə xarakterizə edib.



Sizin reklam burada
Sizin reklam burada