Elçin Mirzəbəyli: "Altı il əvvəl Ağsudakı zəlzələdə zərər görən 477 ev hələ də təmir edilməyib"

Elçin Mirzəbəyli: "Altı il əvvəl Ağsudakı zəlzələdə zərər görən 477 ev hələ də təmir edilməyib"
16:32

"2019-cu ilin fevralında Ağsuda baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına diqqət çəkmək istəyirəm. Həmin dövrdə aparılan qiymətləndirmələr zamanı 2 175 evin təmirə ehtiyacı olduğu müəyyən edilib".

News365.az  xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

"Dövlət dəstəyi və yerli imkanlar hesabına müxtəlif mərhələlərdə ümumilikdə 1 698 fərdi yaşayış evi təmir olunaraq sakinlərin istifadəsinə verilib. Lakin vəsait çatışmazlığı səbəbindən hazırda 477 evdə təmir işləri aparılmamış qalır və ötən illər ərzində zədələr daha da dərinləşərək sakinlər üçün əlavə çətinliklər yaradıb.

Ümid edirəm, hökumət yaranmış vəziyyətin təhlilini və qeyd olunan istiqamətdə problemlərinin aradan qaldırılmasını diqqətdə saxlayacaq", - deyə deputat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada