Əfv Komissiyası iclaslarını bərpa edir - Bu tarixdə…

Əfv Komissiyası iclaslarını bərpa edir - Bu tarixdə…
07 Apr 2025 09:38

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını bərpa edir.

News365.az-ın əldə etdiyi bu həftə komissiyanın növbəti iclası keçiriləcək.

Əfv Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid növbəti iclasın aprelin 9-da keçiriləcəyini deyib.

Onun sözlərinə görə, iclas ay ərzində davam edəcək və sənədləşmələr yekunlaşdırıldıqdan sonra siyahı Prezidentə təqdim ediləcək.

“Böyük ehtimalla, may ayında əfv sərəncamı olacaq”, – deyə Rəşad Məcid bildirib.

Qeyd edək ki, Novruz Bayramında əfv gözlənilsə də, komissiya işini yekunlaşdırmamışdı.

Onu da bildirək ki,Əfv Komissiyasının 2025-ci il üçün dördüncü iclası martın 12-də keçirilib. İclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb. Bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.



Sizin reklam burada
Sizin reklam burada