Sürücülərin NƏZƏRİNƏ: 6 yol bağlanır

Sürücülərin NƏZƏRİNƏ: 6 yol bağlanır
11:53

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yol infrastrukturunu yeniləməyə hazırlaşır.

Bu barədə News365.az-a qurumdan bildirilib.

Məlumata görə, ilkin mərhələdə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində bərpa işləri həyata keçiriləcək.

Məqsəd paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkil edilməsidir.


Sizin reklam burada
Sizin reklam burada