Döyüşə Çikatilonun oğlu gedir...

Döyüşə Çikatilonun oğlu gedir...
20 Mar 2025 10:40

Tarixin ən qəddar qatillərindən olmuş manyak Andrey Çikatilonun oğlu Yuri Miroşniçenko Ukrayna Silahlı Qüvvələrində xidmət edir. Bu barədə Life SHOT-a istinadən məlumat yayıb.


Telegram kanalının məlumatına görə, 56 yaşlı kişi bir müddət əvvəl soyadını dəyişərək Xarkova köçüb. Müharibə başlayanda o, Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə gedib. Hazırda məşhur qatilin oğlu Xarkov istiqamətində xidmət edir.


"Məlumdur ki, Ukraynaya köçdükdən sonra həmin şəxs "Maydan" hadisələrində iştirak edib və ölkəni müdafiə edən çıxışlar edib. Onun cəbhəyə göndərilməsinə səbəb həyat yoldaşına aliment ödəməkdən imtina etməsi olub. Yurinin borcları yığılıb. O, təkcə oğluna deyil, çoxsaylı banklara da borclu idi. Adamyeyənin oğlu həmçinin yol hərəkəti cərimələrini ödəyə bilməyib”, - nəşr yazırb.

Qeyd edilib ki, onun qanunla bağlı başqa problemləri də olub. O, müxtəlif ittihamlarla, o cümlədən adam öldürməyə cəhd üzrə cəza çəkib. Çikatilonun oğlu 13 il həbsdə yatıb. Koloniyalarda olarkən manyakın övladı olmasını gizlətməyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada