Dönərxanada yanğın baş verib

Dönərxanada yanğın baş verib
18 Yan 2026 21:16

Paytaxtın Səbail rayonu, "Sahil" metrostansiyasının yaxınlığında dönərxanada yanğın baş verib.


Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.


Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada