Din və təhrif: Harada yanlış edirik-VİDEO

Din və təhrif: Harada yanlış edirik-VİDEO
14 İyl 2025 19:58

• Din cəmiyyətə nə verir? Cəmiyyət dini formalaşdırır, yoxsa din cəmiyyəti? • Laik və hüquqi dövlət – dini cəmiyyət modelində tarazlıq necə qorunmalıdır? • İslamda cəmiyyətin rifahı üçün fərdin üzərinə hansı məsuliyyətlər qoyulur? • Siyasi ideologiyaların dinə əsaslanması hansı fəsadlara səbəb ola bilər? • Adət-ənənələrin dinlə qarışdırılması gündəlik həyatda hansı problemlərə yol açır? • Bu gün din xadimləri öz missiylarını yerinə yetirirlərmi? • Din adı ilə edilən bəzi davranışların əslində İslamla əlaqəsi olmadığını necə müəyyən edə bilərik? • Dinin elmə töhfələri tarix boyu hansı formalarda özünü göstərmişdir? • Sosial mediada dindarlığın nümayiş olunması – bu riyakarlıqdır, yoxsa təbliğ? • Müasir həyatın sürəti və stresləri insanları dinə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? • Dindar bir insanın cəmiyyət qarşısında məsuliyyəti nədir? Təkcə özünü xilas etmək kifayət edirmi? • Cəmiyyətdə dinin rolu azaldıqca nə baş verir – azadlıq artır, yoxsa mənəvi boşluq yaranır? • Müasir cəmiyyət dini insanın şəxsi məsələsi kimi görür. Bu yanaşma dinin ictimai təsirini necə zəiflədir? • İslam cəmiyyətlərində niyə sosial ədalətsizlik, haqsızlıq geniş yayılıb? Din bu problemlərin harasında dayanır? • Cəmiyyətdə dinin adından edilən səhvlər dinin özünəmi zərər vurur, yoxsa insanların anlayışına? • İslam cəmiyyətə şəfqət, bərabərlik və haqq prinsipləri gətirdiyi halda, niyə bu qədər darmadağın və aqressivik? • İctimai normalar və dini hökmlər bir-birinə zidd olduqda, müsəlman hansı mövqeni seçməlidir? • Bugünkü gənclik dinə soyuq baxır, yoxsa cəmiyyət dini onlara yanlış təqdim edir? • Musəlman olan bir cəmiyyətin içində niyə bu qədər haqsızlıq, rüşvət və ədalətsizlik müşahidə edirik? • Din və təhrif: Harada yanlış edirik?

News365.az xəbər verir ki, bu və digər suallarla AHB TV-nin qonağı ilahiyyatçı-yazar Tural İrfandı...



Sizin reklam burada
Sizin reklam burada