Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
18:15

"Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib".

Bu barədə Ayxan Hacızadə News365.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", məluamtda deyilir.


Sizin reklam burada
Sizin reklam burada