23 avqust 1514-cü ildə Osmanlı-Səfəvilər arasında, iki türk dövləti arasında, türk dünyasının parçalanmasına şərait yaradan Çaldıran döyüşünün baş verdiyi yerdi bura.
Güney Azərbaycanın Maku vilayətidi.
İndi burda abidə qoyub İran. Məqsəd Şah İsmayıla hörmət deyil bu abidənin burda olmasında. Türkiyə və Azərbaycana göz dağı verməkdir. Baxın siz qardaş, dost ola bilmərsiniz deyir İran mollaları bu abidəni bura qoymaqla. Pəhləvi və Xomeyni dövründə İran əsarətdə saxladığı Azərbaycan türklərini Türkiyəyə qarşı qoymaq üçün Şaha "sahiblənmək" adı ilə manipulyasiyalar edir. İran rejiminin Şaha nifrəti sonsuzdur, amma Türkiyəyə qarşı Azərbaycan türklərinin sevgisinin qarşısını almaq üçün bu faktdan sui istifadə edir. 500 illik Azərbaycan türklərinə məxsus tarixi özününküləşdirib Türk dünyasını parçalamaq üçün saxta tarix yazır. Saxta sənədlər yayır.
Ancaq unudur İran ki, türk milləti geni və qanı ilə yaşayır. Bir birlərinə sevgisi gendən gəlir. Məhz buna görə də bura Türklük üçün çox ağır yerdi.
Qardaş qırğınının məskənidi bura, məzhəb qurbanı olan türk qardaşlarının qətl edildiyi yerdir.
Tanrı birdə Türk millətini belə sınağa çəkməsin! Türk milləti daha Şərq və Qərbin təsiri altına düşməsin. Məzhəb qurbanı olmasınlar türklər bir birlərinə münasibətdə daha. Milli kimlik bütün kimliklərə qalib gəlsin bundan sonra.
Gün olsun İran viran olsun və Azərbaycan-Türkiyə bayraqları dalğalansın bu yerdə. Güney Azərbaycan olmasın daha. Bütöv Azərbaycan olsun.