Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək
11:44

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin edilməsi ilə bağlı proses başlayıb.

News365.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper APA-nın sorğusuna cavab olaraq bildirib.

    Onun sözlərinə görə, ev sahibi olan ölkə (Azərbaycan) tərəfinin rəsmi təsdiqindən sonra Aİ-nın Azərbaycana yeni nümayəndəsinin təyinatı ilə bağlı məlumat veriləcək.

    Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Peter Mixalkonun səlahiyyət müddəti başa çatıb.


    Sizin reklam burada
    Sizin reklam burada