87 yaşlı anasını güllələyərək yaraladı - özünü isə öldürdü

87 yaşlı anasını güllələyərək yaraladı - özünü isə öldürdü
17:35

Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.

News365.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

    Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu anası Nizami kənd sakini, 1938-ci il təvəlüdlü Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.

    S.Hüseynova Şirvan xəstəxanasına çatdırlaraq əməliyyata götürülüb.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada