Tropik fırtınanın səbəb olduğu güclü yağışlar və torpaq sürüşmələri nəticəsində ölkənin şimalında azı 5 nəfər həlak olub, 7 nəfər isə itkin düşüb.
Neüs365.az xəbər verir ki, bu barədə məlumatı “Bangog Post” Tailandın Fəlakətlərin Qarşısının Alınması Agentliyinə istinadən yayıb.
Məlumata görə, Tailandda daşqınlar və torpaq sürüşmələri ölkənin şimal və şimal-şərqində yerləşən 12 vilayəti əhatə edib.
Fəlakət nəticəsində 6300-dən çox insan və 1800 ev təsərrüfatı zərər görüb.