Merz: Rusiyanın Kiyevə hücumları əsl simasını ortaya qoyub

Merz: Rusiyanın Kiyevə hücumları əsl simasını ortaya qoyub
28 Avq 2025 20:15

Almaniya kansleri Fridrix Merz Rusiyanın Kiyevə endirdiyi son raket hücumlarını sərt şəkildə tənqid edib. 

News365.az xəbər verir ki, o, bəyanatında qeyd edib ki, bu hadisə Rusiyanın əsl simasını bir daha üzə çıxardığını göstərir. Kanslerin sözlərinə görə, mülki obyektlərə qarşı həyata keçirilən hücumlar Moskvanın təcavüzkar siyasətinin davamı kimi qiymətləndirilir.

Merz həmçinin beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi artırmağa çağırıb.



Sizin reklam burada
Sizin reklam burada