News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Altı sərnişin və iki heyət üzvünü daşıyan helikopter aprelin 16-da Melavidəki plantasiyadan qalxdıqdan beş dəqiqə sonra əlaqəni itirib. İndoneziya xilasetmə xidmətinin rəhbəri Məhəmməd Şafii bildirib ki, "Qəza yeri və ya əlaqənin kəsildiyi yer sıx meşəlik ərazidə, dik, təpəli relyefdədir".
Helikopterin qəzasının səbəbi dəqiqləşdirilməyib. Axtarış qrupları dağıntılar altından cəsədləri çıxarmağa çalışır.