Danışıqlar 13 saatdır gedir: nəyi razılaşdıra bilmirlər?

Danışıqlar 13 saatdır gedir: nəyi razılaşdıra bilmirlər?
24 Mar 2025 23:31

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda danışıqlar tərəflər birgə bəyanatın mətni üzərində razılaşdıqdan sonra başa çatacaq.


News365.az xəbər verir ki, bu barədə TASS Rusiya nümayəndə heyətindəki mənbəyə istinadla məlumat yayıb.


“Məsləhətləşmələr yaxın vaxtlarda başa çatmalıdır. Hazırda danışıqlarda iştirak edənlər birgə bəyanatın mətni üzərində razılığa gəlməyə çalışırlar”, - agentliyin mənbəsi bildirib.


Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda danışıqlar bu gün Bakı vaxtı ilə saat 11:00-da başlayıb və hələ də davam edir.



Sizin reklam burada
Sizin reklam burada