"Yasamal rayonunda vətəndaşın evini uçurduğuna görə “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədovun saxlanıması ədalətli bir qərardır. "
News365.az xəbər verir ki, bunu Mütəllim Rəhimov deyib.
Son vaxtlar tikinti şirkətləri vətəndaşları zorla məcbur edirdi ki, evini şirkətin istədiyi şərtlərə ona satsın.
Bununla bağlı cəmiyyətdə çoxsaylı narazılıq vardı. Hüquq-mühafizə orqanları da, təəssüf ki, bu məsələdə olduqca imkanlı olan tikinti şirkətlərini müdafiə edirdi. Beləliklə, vətəndaşın əmlakının toxunulmazlığı ilə bağlı Konstitusion hüququ kağız üzərində qalırdı.
Ancaq indi belələrinin özbaşınalıq və hegemonluq mifi dağılmaqdadır.
“Melissa Group” şirkətinin rəhbərinin əməlində cinayət tərkibi var və o, ədalətli məhkəmə mühakiməsindən sonra həbs edilməlidir ki, başqaları üçün də yaxşı dərs olsun."