Daha bir Kursk dəhşəti -Çürümüş meyitlər, Qərb silahları - VİDEO

Daha bir Kursk dəhşəti -Çürümüş meyitlər, Qərb silahları - VİDEO
10:10

Rusiyanın Kursk vilayətinin Kositsa və Çerkasskoye Poreçnoye yaşayış məntəqələrinin azad edilməsi zamanı Rusiyanın “Şimal” qüvvələri qrupunun hərbçiləri tərəfindən vurulan Ukrayna Silahlı Qüvvələrinin (VSU) tərk edilmiş möhkəmləndirilmiş mövqelərini, texnikalarını əks etdirən video yayılıb. 

Görüntülərdə ukraynalı əsgərlərin qoyub getdiyi yanmış avtomobillər, Qərb istehsalı olan mərmilər və silahlar əks olunub. Batalyonun qərargah rəisi, "Vostok" çağırış nişanlı hərbçi Amerika dizaynı ilə Ukraynada istehsal edilmiş əl qumbaraatanını da göstərib. O, əlavə edib ki, Kursk vilayətində Çexiya, İsveç və Sinqapur qumbaraatanları, həmçinin “Javelin” tank əleyhinə raket kompleksi də aşkarlanıb. Kadrlarda çürümüş əsgər meyitləri də aşkar görünür.

Martın 13-də “Şimal” qüvvələr qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kurskun 2024-cü ilin avqustunda başlamış işğalına son qoyulması üzrə əməliyyatın son mərhələsinə çatdığını bildirib.

Bundan əvvəl Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada