Dağıstanda terror zamanı insanlar qətlə yetirilərkən Rusiyada bir qrup kişi “Ləzginka“ oynadı

Dağıstanda terror zamanı insanlar qətlə yetirilərkən Rusiyada bir qrup kişi  “Ləzginka“ oynadı
24 İyn 2024 20:15

Rusiyanın Pyatiqorsk şəhərində kişilərdən ibarət bir qrup Dağıstanda terror aktı baş verdiyi əsnada "Ləzginka" rəqsi ifa ediblər.

Şəhər meri Dmitri Voroşilov onların cəzalandırılması ilə bağlı çağırış edib.

"Dünən faciəli hadisələrin baş verdiyi gün bir qrup sağlam və güclü kişi şəhərin mərkəzində əyləncə təşkil edib. Bu insanlar nəyə sevinirdilər? Onlar polis əməkdaşları tərəfindən saxlanılıblar, ənənəvi olaraq kamera qarşısında üzr istəyiblər və ehtimal ki, inzibati cəza alacaqlar", - deyə o bildirib.

Mer əlavə edib ki, kişilər yolverilməz və qanunsuz hərəkətlərinə görə ciddi şəkildə cəzalandırılmalıdırlar, İstintaq Komitəsi buna görə onların cinayət məsuliyyətinə cəlb edilmələri variantını nəzərdən keçirməlidir.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər