Serbiyalı tennisçi Novak Cokoviç "Masters" seriyalı turnirlərdəki qələbə sayında mütləq rekordçu olub.
News365.az xəbər verir ki, o, ABŞ-nin Mayami şəhərindəki yarışın 1/16 finalında argentinalı Uqo Karabellini 1 saat 47 dəqiqəyə məğlub edib - 6:3, 7:6 (7:1). Bu, Novakın "Masters"lərdə 411-ci qələbəsi olub.
O, ispaniyalı Rafael Nadalı (410) geridə qoyub. Bu göstəricidə 3-cü yerdə isveçrəli Rocer Federerdir - 381 qələbə.
Qeyd edək ki, Cokoviç növbəti mərhələdə italiyalı Lorenso Muzetti ilə qarşılaşacaq.