Çingiz İsmayılov dəfn olundu

Çingiz İsmayılov dəfn olundu
24 Mar 2025 16:49

AFFA-nın dünyasını dəyişmiş sabiq baş katibi Çingiz İsmayılov Bakının Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

News365.az Teleqraf-a istinadla xəbər verir ki, mərasimdə mərhumun yaxınları və dostları, futbol veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

AFFA və FIFA isə əklil göndərib.

Ç.İsmayılov üç həftə əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Şəfiqə xanımın məzarı ilə yanaşı torpağa tapşırılıb.

Qeyd edək ki, Çingiz İsmayılov ötən gün 89 yaşında dünyasını dəyişib.


Sizin reklam burada
Sizin reklam burada