Çinin Daxili Monqolustan Muxtar Regionunda yerləşən sənaye müəssisəsində baş verən güclü partlayış insan tələfatına səbəb olub. İlkin məlumatlara əsasən, hadisə nəticəsində doqquz nəfər həyatını itirib, daha bir nəfərin taleyi isə hələ də naməlumdur.
News365.az-ın Çin mediasına, o cümlədən “Sinxua” agentliyinə istinadla yaydığı xəbərə görə, partlayış Baotou şəhərində fəaliyyət göstərən “Baogang United Steel” şirkətinə məxsus polad təbəqə istehsalı zavodunda qeydə alınıb. Hadisə bazar günü, yerli vaxtla saat 15:03 radələrində baş verib.
Məlumata görə, qəza ilə bağlı əraziyə fövqəladə hallar və xilasetmə qrupları cəlb olunub, axtarış-xilasetmə tədbirləri hazırda davam etdirilir. Yerli qəza-xilasetmə qərargahı partlayışın səbəblərinin araşdırıldığını və əlavə məlumatların daha sonra açıqlanacağını bildirib.
News365.az