Çin nüvə enerjisi sahəsində dünya lideri olub

Çin nüvə enerjisi sahəsində dünya lideri olub
12:01

Çin ABŞ və Fransanı keçərək nüvə enerjisi baxımından yeni dünya lideri olub.

Bu barədə Çin Nüvə Enerjisi Assosiasiyasının hesabatında qeyd olunub.

"Hazırda Çində ümumi quraşdırılmış gücü 113 milyon kilovat olan 102 nüvə enerji bloku istismar olunur, tikilir və ya tikintisinə icazə verilir. Nüvə enerjisinin miqyasına görə Çin ilk dəfə olaraq dünyada birinci yeri tutub", – sənəddə deyilir.

Ayrı-ayrılıqda vurğulanır ki, Çin artıq 18 ildir tikilməkdə olan nüvə aqreqatlarının gücünə görə liderdir. Hazırda ölkədə ümumi quraşdırılmış gücü 33,65 milyon kilovat olan 28 belə enerji bloku tikilir.

Eyni zamanda, Çində radioaktiv tullantıların utilizasiyası prosesinə ciddi nəzarət edir. Məsələn, ÇXR nüvə obyektləri ətrafında radiasiya səviyyəsini təhlükəsiz həddə saxlamaq üçün dünyanın ən böyük radiasiya monitorinqi şəbəkəsinə malikdir. Bunun sayəsində Çindəki nüvə enerji blokları artıq 600 reaktor-il ərzində əla təhlükəsizlik göstəriciləri ilə işləmişdir.

Bundan başqa, Çin enerji sektorunda daha bir sıçrayış əldə edib: ölkənin külək və fotoelektrik enerjisinin quraşdırılmış gücü tarixdə ilk dəfə olaraq istilik enerjisini ötərək 1,482 milyard kVt-a çatıb.


Sizin reklam burada
Sizin reklam burada