ABŞ-ın Florida ştatında 13 yaşlı məktəbli ChatGPT-dən dostunu öldürməyə kömək etməsini istədiyi üçün həbs olunub.
News365.az xəbər verir ki, şagird Yanfranko dərs zamanı neyron şəbəkəsinə dostundan necə qurtulacağını soruşub.
Şagirdin təhlükəli sorğusunu məktəbin direktor müavini görüb və dərhal polis çağırıb.
O, polislərə verdiyi açıqlamada, sorğunun zarafat məqsədli olduğunu, sadəcə "sinif yoldaşını narahat etmək üçün "troll" etmək istədiyini bildirib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və süni intellektlə təhlükəli sorğuların ciddi nəticələr doğura biləcəyi məsələsini gündəmə gətirib.