Ceyhun Rzayev intihar edəcəyini bildirdi

Ceyhun Rzayev intihar edəcəyini bildirdi
06 İyn 2023 10:12

ATV-nin jurnalisti Ceyhun Rzayev intihar edəcəyini elan edib.

O bu barədə "Feyzbuk" hesabında paylaşım edib.

Tanınmış idman jurnalisti ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını deyib: “Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər.

İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər”.

Qeyd edək ki, jurnalist paylaşımında ünvanı da yazıb.


Sizin reklam burada
Sizin reklam burada