"Rusiya Ukraynadakı hərbi münaqişənin həllində qəti mövqe tutur".
News365.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, bildirib ki, bu mövqe prezident Vladimir Putin tərəfindən tam əminliklə təsdiqlənib.
"Rusiya Ukraynada pravoslavların hüquqlarına hörmət edilməsini və kanonik pravoslavlığın Ukrayna torpaqlarında insanların mənəvi həyatında öz yerini bərpa etmək istəyir. Bu, Qərbin yaratdığı Ukrayna böhranının ədalətli həlli ilə bağlı Rusiyanın mövqeyidir", - deyə Lavrov qeyd edib.
Xatırladaq ki, ötən gün Donald Tramp və Vladimir Putin arasında iki saatdan çox davam edən telefon danışığı olub. İki ölkə liderləri digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə ediblər. Putin söhbəti mənalı, səmimi və faydalı adlandırıb. O, Amerika prezidentinə Moskva ilə Kiyev arasında dialoqun bərpasında vasitəçilik etdiyinə görə təşəkkür edib.