Suriyaya qarşı sanksiyalar ləğv edilir

Suriyaya qarşı sanksiyalar ləğv edilir
14:36

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyə hazırlaşır. 

News365.az AFP-yə istinadən xəbər verir ki, üzv ölkələr məsələ ilə bağlı razılıq veriblər. 

Bildirilib ki, Aİ-nin 27 üzv ölkəsinin səfirləri bu addımla bağlı ilkin razılaşma əldə ediblər. 

Qeyd edək ki, Suriyaya qarşı sanksiyalar 2011-ci ildə vətəndaş müharibəsindən sonra sərtləşdirilib. Bura enerji və maliyyə sektorlarına məhdudiyyətlər, yüksək vəzifəli məmurların aktivlərinin dondurulması və Suriya ilə biznes fəaliyyətinin qadağan edilməsi daxildir.


Sizin reklam burada
Sizin reklam burada