“Ermənistan Rusiyanın təsirini artırmaq üçün Türkiyə modelindən uzaqlaşır”
Milli Məclisin deputatı Arzu Nağıyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Rusiyanın Ermənistanla sərhəddə olması və Türkiyə ilə həmsərhəd olması səbəbilə, bəzi dairələr hər vəchlə Türkiyənin bölgədəki təsirini azaltmağa, əvəzində isə Rusiyaya meyli gücləndirməyə çalışırlar. Bu yanaşma, həm də qarşıdan gələn seçkilər üçün Ermənistan cəmiyyətində müəyyən düşüncə fonu yaratmaq məqsədi daşıyır. Yəni, məqsəd odur ki, ictimai rəydə Rusiyanın rolu və təsiri daha ön planda saxlanılsın, Türkiyə isə arxa plana atılsın.
Halbuki, Ermənistan rəhbərliyi – xüsusilə Baş nazir Paşinyan – türk modeli əsasında ölkədə siyasi islahatlar həyata keçirmək istəyir. Lakin bu proses bəzi qruplarda narahatlıq və qorxu yaradır. Bu narahatlıq təkcə siyasi deyil, həm də geosiyasi xarakter daşıyır. Digər tərəfdən isə, Rusiyanın təsirinin azalmasının qarşısını almaq məqsədi ilə müəyyən cəhdlər edilir. Bütün bu addımlar, əslində, bölgədə maraqlar uğrunda gedən nüfuz mübarizəsinin bir hissəsidir."