Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.
Bu barədə News365.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.