"Azərbaycan-Fransa münasibətlərində böhran Fransa bəyanatları ilə başladı”
Milli Məclisin deputatı Rasim Musabəyov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Avropa ölkələrinin Albaniyada keçirilən sammitində Azərbaycan Prezidenti və Fransa Prezidenti ilə səmimi bir görüş keçirdiyimi qeyd etmək istərdim. Son illərdə Azərbaycan-Fransa münasibətlərində müəyyən soyuqluq müşahidə olunurdu. Fransa Parlamentinin, Xarici İşlər Nazirinin və hətta Prezidentinin xoşagəlməz bəyanatları bu münasibətlərdə həm iqtisadi, həm diplomatik, həm də parlamentlərarası əlaqələrdə böhranın yaranmasına səbəb olmuşdu.
İnanmaq istərdik ki, sammit çərçivəsində baş tutan bu salamlaşma və qarşılıqlı təmas, Azərbaycan və Fransa prezidentləri arasında mövcud gərginliyin azaldılmasına xidmət edib. Əgər bu, münasibətlərin əvvəlki səviyyəyə qaytarılması və gərginliyin daha da dərinləşməsinin qarşısını alacaqsa, bu, artıq müsbət addım hesab oluna bilər.
Qeyd etmək lazımdır ki, münasibətlərin gərginləşməsində Azərbaycan tərəfi səbəbkar deyil. Fransa tərəfindən Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə xarakteri daşıyan və beynəlxalq hüquqa zidd bəyanatlar və tələblər irəli sürülüb ki, bunlar Azərbaycan tərəfindən tamamilə rədd olunub və qəbul olunmayıb. Lakin tərəflər ümumi maraqlar üzərində razılığa gəlməyə çalışsalar, bu münasibətlərin mümkün qədər bərpa olunması və hər iki tərəf üçün faydalı olması mümkündür."