Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
15:12

Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakvera İlham Əliyevi təbrik edib.

News365.az xəbər verir ki, təbrikdə deyilir:

"Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

    ***

    Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin İlham Əliyevi təbrik edib.

    News365.az xəbər verir ki, təbrikdə deyilir:

    "Zati-aliləri.

    Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.

    Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

    ***

    Mərakeşin Kralı VI Məhəmməd İlham Əliyevi təbrik edib.

    News365.az xəbər verir ki, təbrikdə deyilir:

    "Zati-aliləri, əziz Qardaşım.

    Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.

    Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

    Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam".

    ***

    İsveçin Kralı XVI Karl Qustav İlham Əliyevi təbrik edib.

    News365.az xəbər verir ki, təbrikdə deyilir:

    "Hörmətli cənab Prezident.

    Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

    Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

    ***

    Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevi təbrik edib.

    News365.az xəbər verir ki, təbrikdə deyilir:

    "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Zati-aliləri.

    İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

    Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".



    Sizin reklam burada
    Sizin reklam burada