“Koçaryan Rusiyanın buyruqçusudur və gərginlik yaratmağa çalışır”- Xəyal Bəşirov

“Koçaryan Rusiyanın buyruqçusudur və gərginlik yaratmağa çalışır”- Xəyal Bəşirov
20 May 2025 15:57

"Ermənistanın hazırkı hakimiyyətinin mövqeyi olmaya bilər. Lakin bu tələbi Ermənistana Qərb dövlətləri – xüsusən də bu gün Azərbaycanın və Ermənistanın şərti sərhədi boyunca yerləşmiş Avropa İttifaqının mülki müşahidə missiyasının arxasında dayanan dövlətlər irəli sürə bilərlər."

Politoloq Xəyal Bəşirov bu sözləri News365.az-a açıqlamasında deyib.

"Hansı zəmanət var ki, Ermənistan bu gün Yunanıstanın, eləcə də Avropadan və Fransadan olan, Türkiyəni təcrid siyasətini dəstəkləyən digər dövlətlərin maraqları istiqamətində addımlar atmır?

Ermənistan bu addımları atdığı zaman daim iddia edir ki, guya Azərbaycan və Türkiyə onu blokadada saxlayır. Halbuki bu, əsassız və cəfəng bir ittihamdır. Əslində isə, Ermənistan həmin iddiadan çıxış edərək Yunanıstanla hərbi və müdafiə sahəsində əlaqələrini gücləndirir. Gələcəkdə Yunanıstan tərəfindən Türkiyəyə qarşı atıla biləcək addımlarda Ermənistanın hansı rolu oynayacağı sual doğurur.

Bu kontekstdə 102-ci baza (Ermənistandakı Rusiya hərbi bazası – red.) onların planlarına mane ola bilərmi? Və bu məsələni müzakirə etmədiklərinə dair hansı zəmanət mövcuddur? Təbii ki, belə bir zəmanət yoxdur.

Bütün bu məsələləri nəzərə alsaq və eyni zamanda Robert Köçəryan kimi Rusiyanın buyrukçusu olan şəxsin fəaliyyəti kontekstində baxsaq, onun Rusiyanın həm Ermənistanın hazırkı hakimiyyəti, həm də Azərbaycanla münasibətlərini pozmaq üçün istifadə olunduğu aydın görünür."


Sizin reklam burada
Sizin reklam burada