Ər-arvad eyni gündə həlak oldu, ayrı-ayrı dəfn edildilər

Ər-arvad eyni gündə həlak oldu, ayrı-ayrı dəfn edildilər
10:27

Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Vətən müharibəsi qazisi, 23 yaşlı Akif Zeynalzadə və onun hamilə həyat yoldaşı Dinara Zeynalzadə həyatını itiriblər.

Qazinin dayısının verdiyi məlumata görə, cütlük həmin gün Dinara Zeynalzadənin atasının evində qonaq olub:

"Qayınatası qalmalarını israr etsə də, onlar qalmayıblar. Uşaqları isə ailə üzvlərində qalıblar. Ər-arvad birlikdə yola düşüblər və Şabranda qəza baş verib. Hər ikisi həlak olub".

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, cütlük Bakının Hövsan qəsəbəsində yaşayırmış. Akif Zeynalzadə Sabirabadın Ulacalı kəndində, Dinara Zeynalzadə isə Xaçmazın Tel kəndində dəfn olunublar.


Sizin reklam burada
Sizin reklam burada