Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
News365.az xəbər verir ki, 76 mm və 89 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində qaz təchizatı mayın 21-idə saat 09:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.